Interposta.Info

Bir nəfərdən 50 kq narkotik aşkarladı (VİDEO)

Ölkə
 30-03-2024, 13:00     38 640

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda narkotik ələ keçirib.

"İnterPosta" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 28-də keçirilən əməliyyat zamanı 1993-cü il təvəllüdlü Aqil Əlizadə Qaradağ rayonu ərazisində saxlanılıb.

Onun üzərindən, avtomobilindən və Masallı rayonundakı evindən ümumilikdə 50 kiloqram, o cümlədən 39 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 7 kiloqram heroin, 2 kiloqram metamfetamin, 2 kiloqram tiryək, 2000 ədəd metadon həbi və narkotiklərin satışında istifadə etdiyi 2 ədəd elektron tərəzi aşkarlanıb.

Araşdırmalarla A.Əlizadə narkotikləri şəxsiyyəti istintaqla araşdırılan "Fərşad” adlı İran vətəndaşından Astara rayonunda əldə etdiyini bildirib. Onun əsas məqsədi kuryerlik edərək narkotikləri müxtəlif ünvanlara çatdırıb pul əldə etmək olub.

Faktla bağlı cinayət işi başlanılıb, A.Əlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26