Interposta.Info

Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi (VİDEO)

Ölkə
 28-03-2024, 12:13     40 522

Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verib.

"İnterPosta" xəbər verir ki, hadisə yolun 18-20-ci km-də qeydə alınıb. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26