Interposta.Info

 

İsmayıllı-Lahıc yolunda hərəkət qismən bərpa olunub - YENİLƏNİB + VİDEO

Ölkə
 30-06-2023, 20:53     179

İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənərək hərəkət qismən bərpa olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarında başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət qismən aradan qaldırılıb.

Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunub.

Hazırda ərazidə hərəkətin tam bərpa olunması istiqamətində işlər davam etdirilir.

17:54
Sel suları İsmayıllıda fəsadlar törədib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, sel suları Lahıc yolunu dağıdıb. Nəticədə qəsəbənin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26