Interposta.Info

Bu xəstəxananın direktoru işdən çıxarıldı (FOTO)

Ölkə
 24-02-2024, 12:32     35 309

TƏBİB-in "Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru vəzifəsindən azad edilib.

TƏBİB sədri Vüqar Qurbanov 2023-cü il noyabr ayının 23-də Qusar xəstəxanasına direktor təyin etdiyi Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında - fevralın 23-də xitam verib.

"İnterPosta" xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, yeni baş direktor sınaq müddətində özünü doğrulda bilməyib.
Qusar Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsindən fakt təsdiqlənib.

Bildirilib ki, TƏBİB-dən Pərviz Məhsimovun müqaviləsinə xitam verilməsi barədə məktub daxil olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26