Interposta.Info

Azərbaycanlılar Ermənistanda ev alırlar? (VİDEO)

Ölkə
 22-02-2024, 09:29     39 189

2023-cü ildə Ermənistanda daşınmaz əmlak sahibi olan Türkiyə və Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Bu barədə erməni KİV ölkənin Kadastr Komitəsinə istinadən məlumat yayıb.

Statistikaya görə, ötən il Türkiyə vətəndaşları İrəvandan üç mənzil alıblar. 2022-ci ildə isə bu göstərici 11 olub.

Azərbaycan vətəndaşlarına gəldikdə isə ötən il Ermənistanda daşınmaz əmlak alan olmasa da, 2022-ci ildə iki azərbaycanlı orada mənzil sahibi olub. Məlumatda həmçinin sahib olduqları əmlakları satanların da statistikası dərc edilib.

Belə ki, 2023-cü ildə türkiyəlilər İrəvanda çoxmənzilli yaşayış binasında iki ev və Ararat rayonunda bir torpaq sahəsi satıblar.
Azərbaycanlılar isə bir mənzil satıblar.

Kadastr Komitəsinin məlumatına görə, Türkiyə vətəndaşları Ermənistanda ilk dəfə 2005-ci ildə, Azərbaycan vətəndaşları isə 2012-ci ildə daşınmaz əmlak alıblar.

Ətraflı Baku TV-nin süjetində.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26