Interposta.Info

40 saylı seçki məntəqəsinin sədri: “1460 məhkum səs verəcək”
 

Ölkə
 7-02-2024, 11:10     23 743

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.

"İnterPosta" xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasının məhbusları da səs verirlər.

Cəzaçəkmə müəssisində məhbuslar Sabunçu rayon 29 saylı seçki dairəsinin üç seçki məntəqəsi - 38, 39, 40 saylı seçki məntəqələri üzrə səs veriblər.
40 saylı seçki məntəqəsinin sədri Sahib Məmmədov bildirib ki, 1460 məhkum səs verəcək. Səsvermə prosesi başlayandan indiyədək 170 məhkum səs verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26