Interposta.Info

İmtahandan sonra halı pisləşən tələbə öldü - Prokurorluq araşdırır

Ölkə
 30-01-2024, 17:19     24 150

Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi vəfat edib

Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Xumar Nəcəfzadə vəfat edib.

"İnterPosta" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, onun imtahandan sonra halı pisləşib və dünyasını dəyişib. Mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb.

Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26