Interposta.Info

Cəbrayıl, Zəngilan və Qubadlıda 3 şəhər mərkəzi, 5 qəsəbə və 24 kənd inşa olunacaq

Ölkə
 26-01-2024, 15:35     37 325

2026-cı ilin sonunadək Cəbrayıl, Zəngilan və Qubadlıda 3 şəhər mərkəzinin, 5 qəsəbənin və 24 kəndin inşası nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru, Ekoloji məsələlər üzrə işçi qrupunun üzvü Növrəs Cəfərov işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hazırda 4 kənddə şaquli planlama işləri yekunlaşıb: "Cəbrayılın Horovlu kəndində də fərdi evlərin tikintisinə başlanılıb. Tikinti quruculuq işləri zamanı ekoloji aspektlərə diqqət yetirilir. Torpaq işlərində yaşıllıqların qorunması, ərazilərdə bulaq- kərizlərin bərpasına diqqət yetirilir. İnzibati binalarda eyni zamanda evlərin damında günəş panellərinin quraşdırılması, şəhər, kənd və qəsəbələrdə velosiped zolaqlarının salınması planlaşdırılır".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26