Interposta.Info

Aygün Bəylərin bacısı: “Cananın pula ehtiyacı yoxdur”
 

Ölkə
 9-01-2024, 14:37     27 982

Dünən bloqer Aynişan Quliyeva mərhum Əməkdar artist Aygün Bəylərin qızı ilə bağlı paylaşım edərək, izləyicilərini ona maddi dəstək verməyə çağırıb.

Lent.az-ın xəbərinə görə, o, “Hesab açıb, Canan üçün pul yığaq, 18 yaşından sonra istifadə etsin” şəklində çağırış edib. Lakin bu çağırış Cananın qohumları tərəfindən xoş qarşılanmayıb.

Bu barədə Aynişan özü məlumat verib:
“Aygün Bəylərin qızı ilə bağlı paylaşım etdim. Düşündüm ki, hesab açıb, pul yığarıq, qız 18 yaşında ona toxuna bilər. Onun xalası anama zəng etdi ki, bundan sonra Cananın 60 il yaşaması üçün də büdcəsi var”.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26