Interposta.Info

 

Sənət yoldaşlarından Aygün Bəylərlə bağlı paylaşım: “Vaxtsız ölüm xəbərlərindən usanmışam” - FOTO

Manşet
 7-01-2024, 14:55     22 019

Sonuncu konsert proqramından sonra səhhəti pisləşən Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı. Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən sənətçi Ankarada klinikalardan birində həyatda qalmaq üçün mübarizə aparsa da, amansız xəstəlik onun arzularını yarıda qoyub. O, 6 yanvar 2024-cü il tarixində Ankarada vəfat edib. Onun vəfatı Azərbaycan mədəniyyətinə, musiqisinə ağır itki oldu.

Sənət yoldaşları da Aygün Bəylərin ölüm xəbəri ilə sarsılıblar. Bir çox müğənnilər Aygün Bəylərin vəfatı ilə əlaqədar fikirlərini sosial şəbəkə hesablarında paylaşaraq ailəsinə və yaxınlarına dərin hüzn və başsağlığı veriblər.

Oxu.Az-ın əməkdaşı sənət adamlarının bir qisminin Əməkdar artist Aygün Bəylər ilə bağlı paylaşımlarını təqdim edir:

Xalq artisti, müğənni Aygün Kazımova şəxsi “Instagram” hesabında Aygün Bəylər ilə fotosunu paylaşaraq kədərini büruzə verib:

“Gözəl səsli, gözəl qəlbli sənətkar. Səni hər zaman belə gülərüz xatırlayacağıq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26