Interposta.Info

Mərkəz rəhbəri: “Demarkasiya və delimitasiya Ermənistanla sülh sazişinə daxil edilməyəcək”
 

Ölkə
 28-12-2023, 11:47     93 903

“Azərbaycanın hədəfi Ermənistanla sülh sazişidir və ona çox yaxınıq”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, hələlik sülh sazişinin imzalanacağı dəqiq tarixi demək çətindir:
“Ən əsas odur ki, mənfi münasibət sıfıra endirilib. Demarkasiya, delimitasiya uzun prosesdir və bu, sənədə daxil edilməyəcək, çünki bu proses uzun çəkir. Rusiya ilə 25 il çəkib. Gürcüstanla sərhədin bir hissəsi heç müəyyən olunmayıb”.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26