Interposta.Info

Naxçıvanda ər-arvad dəm qazından zəhərləniblər
 

Ölkə
 28-12-2023, 11:45     24 258

Naxçıvanda ər və arvad dəm qazından zəhərlənib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Belə ki, Naxçıvan şəhər sakinləri, 1990-cı il təvəllüdlü Nəsimi Xətai oğlu Məmmədzadə və 1995-ci il təvəllüdlü Səma Rafiq qızı Məmmədzadə dəm qazından zəhərləniblər. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26