Interposta.Info

Həyat yoldaşının qazdan zəhərləndiyini eşidən kişi qəfildən vəfat etdi - Azərbaycanda faciə
 

Ölkə
 20-02-2023, 19:00     139

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü X.Mehdiyeva dəm qazından zəhərlənib və o, rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qadının dəm qazından zəhərləndiyi xəbərindən təsirlənən həyat yoldaşı, 1956-cı il təvəllüdlü Gülağa Mehdiyev isə qəfildən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26