Interposta.Info

Müdafiə Nazirliyinin polkovniki qəfildən vəfat etdi

Ölkə
 10-10-2017, 13:14     8 476

Azərbaycanın ehtiyatda olan polkovniki qəfildən dünyasını dəyişib.

BakuPost.az xəbər verir ki, Mirzəyev Muxtar Namiq oğlu dünən gecə 52 yaşında, ürək tutmasından vəfat edib.

M.Mirzəyev uzun illər Müdafiə Nazirliyində yüksək postlarda xidmət edib, müharibə vaxtı döyüşüb.

O, hərbi hissələrin birində general Rövşən Əkbərovun müavini, sonra Azərbaycan Respublikasının Hərbi Komissarlığında müavin, daha sonra isə Hərbi Akademiyada müəllim işləyib. Müdafiə Nazirliyindən təxris olunandan sonra isə Fövqəladə Hallar Nazirliyində çalışıb.

Mərhum bu gün Zığ qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26