Interposta.Info

 

Paşinyanla Abdulahian Bakı və İrəvan arasında sülh sazişi məsələsini müzakirə ediblər - YENİLƏNİB

Ölkə
 27-12-2023, 18:19     26 252

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilir ki, tərəflər regional əhəmiyyətli mövzuları müzakirə ediblər, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı proses ətrafında fikir mübadiləsi aparıblar.

14:16
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Qeyd olunur ki, görüş İran XİN başçının İrəvana səfəri çərçivəsində baş tutub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26