Interposta.Info

Bakıda 21 mərtəbəli bina yanır, DİN və FHN hadisə yerindədir (YENİLƏNİB)

Ölkə
 19-12-2023, 09:54     22 937

Paytaxtın Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ərazidə polis əməkdaşları təhlükəsizlik tədbirləri görür.

09.22

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

Hadisə Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.

Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

İnterPosta

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26