Interposta.Info

DİM dekorativ bitkilər alacaq - 63 min manat xərclənəcək
 

Ölkə
 13-12-2023, 14:37     29 165

Dövlət İmtahan Mərkəzi (DİM) 62 840,9 AZN dəyərində dekorativ bitkilər və qablar alır.

"İnterPosta"xəbər verir ki, bununla bağlı DİM-lə "Camellia Service” MMC arasında satınalma müqaviləsi imzalanacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Camellia Service” MMC 5 aprel 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 120, mənzil 1-də yerləşir.

MMC-nin qanuni təmsilçisi Rəşidli Gündüz Çingiz oğludur. Gündüz Rəşidli həm də şirkətdə direktor vəzifəsini tutur.

Açıq mənbələrdə "Camallia Service” MMC və Gündüz Rəşidli haqqında məlumatlar məhddudur.

Araşdırmalarımız zamanı məlum olub ki, şirkət dekoratriv bitkilərin satışı ilə yanaşı, dekorasiya işləri də görür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26