Interposta.Info

Bakıda 200 minlik "Land Cruiser" qəzaya düşdü (VİDEO)

Ölkə
 4-12-2023, 12:04     19 535


Ötən gün axşam saatlarında 8 Noyabr prospektində ( Asiman şadlıq sarayının qarşısı) yol-nəqliyyat hadisəsi baş verib.
"İnterPosta" xəbər verir ki, "Hyundai Sonata" və "Toyota Land Cruiser" markalı avtomobillərin toqquşması nəticəsində 1 ədəd svetofor dirəyi və onun idarəetmə qutusu, eləcə də yolda olan elektrik paylayıcı lövhə sıradan çıxıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, hazırda yolda sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işlər görülür.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etməyi xahiş edir.

Qeyd edək ki, qəzaya düşən "Toyota Land Cruiser" markalı avtomobilin qiyməti 200 min manat ətrafındadır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26