Bakı Ağır Cinayətlər Məhkəməsi köçürülür
Bakı Ağır Cinayətlər Məhkəməsi üçün yeni inzibati binanın inşası üçün tikinti işlərinə başlanılacaq.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul edilib.
Artıq Ədliyyə Nazirliyi bununla bağlı tender də elan edib və tikinti işlərini həyata keçirəcək şirkət axtarışındadır.
Yeni inzibati binanın harada yerləşəcəyi açıqlanmayıb.
Tikinti işləri başa çatdıqdan sonra məhkəmə yeni inzibati binaya köçürülüəcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırkı inzibati binası paytaxtın Səməd Vurğun küçəsi 30 ünvanında yerləşir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26