Interposta.Info

Küveytdən olan səyyah: “Qarabağ regionunun böyük inkişaf perspektivləri var”
 

Ölkə
 4-11-2023, 14:48     85 602

“Azərbaycanın Qarabağ regionu bir çox sahələrdə böyük inkişaf perspektivlərinə malikdir”.

Bu barədə “Report”a Küveytdən olan səyyah Bader əl-Şuayb bildirib.

“Bu gün biz Qarabağ regionunun dirçəldilməsinə dair Azərbaycanın planları ilə tanış olmaq üçün buradayıq. Mən artıq bəzi layihələr və planlarla tanış olmuşam. Əminəm ki, regionun böyük inkişaf perspektivləri var. Bu, uzunmüddətli və böyük bir layihədir. Bu istiqamətdə bəzi işlərə artıq başlanılıb”, - o vurğulayıb.
Bader əl-Şuayb əlavə edib ki, regionun tam bərpası üçün müntəzəm olaraq investisiyalar yatırılmalıdır.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26