Sumqayıtda 44 yaşlı kişini avtomobil vuraraq öldürüb

Sumqayıtda 44 yaşlı kişini avtomobil vuraraq öldürüb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə Sülh və Nəriman Nərimanov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Hafiz Tanrıverdiyevi yolun əks istiqamətinə keçmək istəyərkən avtomobil vurub. O, hadisə yerində dünyasını dəyişib.
Əraziyə Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, təcili tibbi yardım xidmətinin briqadası cəlb olunublar.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26