Interposta.Info

 

Üç il əvvəl: Yeddi kənddə işğala son qoyuldu - SİYAHI + FOTO

Ölkə / Manşet
 2-11-2023, 09:41     21 591

Bu gün Azərbaycanın bir neçə kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən üç il keçir.

"İnterPosta" xatırladır ki, 44 günlük Vətən müharibəsi dövründə - noyabrın 2-də Azərbaycan ordusu Cəbrayılın Çapand, Qoşabulaq kəndlərini işğaldan azad edib.

Həmin gün Zəngilan istiqamətində də uğurlar qazanılıb. Belə ki, rayonun Dərə Gilətağ, Böyük Gilətağ kəndlərində işğala son qoyulub.

Qubadlının isə İşıqlı, Muradxanlı və Milanlı kəndləri işğalçılardan təmizlənib.
Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet”lə qələbə xəbərini xalqa çatdırıb.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26