Interposta.Info

Üç il öncə: Cəbrayılın 11 kəndi işğaldan azad edilib - SİYAHI + FOTO

Gündəm
 19-10-2023, 09:47     20 586


44 günlük Vətən müharibəsi zamanı bəzi ərazilərin Ermənistanın işğalından azad edilməsindən üç il keçir.

"İnterPosta" xatırladır ki, 2020-ci il oktyabrın 19-da Cəbrayıl istiqamətində bir neçə kənd işğalçılardan təmizlənib.

Belə ki, Cəbrayılın Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli və İsaqlı kəndləri işğaldan azad olunub.
Qələbə xəbərini Prezident - Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “X” (o zaman “Twitter”) hesabından elan edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26