Interposta.Info

Üç il öncə: Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlının azad edilən yaşayış məntəqələri - SİYAHI + FOTO

Manşet
 23-10-2023, 08:49     18 273

Bu gün Azərbaycan ordusunun bir neçə ərazini işğaldan azad etməsindən üç il keçir.

"İnterPosta" xatırladır ki, 2020-ci ilin 23 oktyabrında cəbhənin bir neçə istiqamətində uğurlar qazanılıb.

Azərbaycan hərbçiləri Xocavəndin Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayılın Dağ Tumas, Nüsnüs, Minbaşılı kəndlərini və Xələfli qəsəbəsini, Zəngilanın Vənədli, Mirzəhəsənli kəndlərini, Qubadlının Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad ediblər.
Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qələbə xəbərlərini tvit ataraq xalqa çatdırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26