Cəlilabadda traktor minik avtomobili ilə toqquşdu: Yaralılar var

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Cəlilabad-Boyxanlı avtomobil yolunda qeydə alınıb.
Belə ki, traktorla VAZ-2106 markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26