Interposta.Info

Qərbi azərbaycanlıların şəxsiyyət vəsiqəsi ilə bağlı yenilik

Ölkə
 31-10-2023, 14:37     18 612

"Bu il ilk dəfə olaraq ASAN Xidmət xətti ilə Qərbi Azərbaycandan olan şəxslərə şəxsiyyət vəsiqəsi verilərkən onların doğulduğu ərazilər öz adları ilə göstərilir”.

"Qafqazinfo” xəbər verir ki, bu fikirləri "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda keçirilən ictimai dinləmədə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bildirib.

"Bu, bizim atdığımız addımlardan biridir. Qarşıda da beynəlxalq hüquq normalarına uyğun olaraq ciddi addımlar atacağıq”, - deyə Ə.Ələkbərli qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26