Interposta.Info

Ramil Əliyev işdən çıxarıldı - Yeni təyinat

Ölkə
 17-10-2023, 11:32     19 707

"Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev vəzifəsindən azad edilib.

"Report"un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik müvəqqəti olaraq Rəşad Mustafayevə həvalə olunub.

O, bundan əvvəl "Cənub Qaz Dəhlizi" QSC-nin Baş direktorunun müavini olub və "Ekol Mühəndislik Xidmətləri”ndə hələ ki, Baş direktorun müşaviri vəzifəsinə gətirilib.

Xatırladaq ki, "Ekol Mühəndislik Xidmətləri” 2006-cı ilin mart ayında Dövlət Neft Şirkətinin (SOCAR - 51%) və xarici investor "Lancer Services S.A.” şirkətinin (49%) birgə iştirakı ilə təsis edilib. Onun nizamnamə kapitalı 4,072 milyon manatdır. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26