“Azərbaycan Dəmir Yolları”nda daha bir kadr dəyişikliyi oldu

"Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus "Dəmiryolservis” MMC-nin direktoru Əliəşrəf Lütvəlibəyov vəzifəsindən azad edilib.
"Report” xəbər verir ki, şirkətə rəhbərlik Ədalət Bağırova həvalə olunub. Xatırladaq ki, "Dəmiryolservis” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 41,115 milyon manatdır. Qeyd edək ki, yanvarın 9-u "Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus "ADY Servis” MMC-nin direktoru Ələddin Şıxəliyev vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik Fərid Hüseynova həvalə olunub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26