Interposta.Info

Gənc qızı universitetə işə düzəldəcəyi vədini verdi, 9300 manat aldı

Ölkə
 11-10-2023, 09:22     196

Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda və yol qəzası törətməkdə təqsirləndirilən Pərviz Cəfərinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) və 8 min manat cərimə cəzasına məhkum edilib. İttihama görə, Pərviz Cəfəri tanışı ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək N.Rüstəmovanı pul müqabilində Gəncə şəhəri ərazisində yerləşən universitetlərdən birinə işə düzəldəcəyini bildirib. O, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2020-ci ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan gündə N.Rüstəmovanın yaşadığı ünvan qızın atası, zərərçəkmiş C.Rüstəmov vasitəsilə ondan ümumilikdə 9300 manat məbləğində pul alaraq dələduzluq edib. Bundan başqa, Pərviz Cəfəri 2021-ci ildə alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi "Land Rover” markalı minik avtomobillə Gəncə şəhəri, H.Əliyev prospekti ilə üzü Mərkəzi Univermaq istiqamətində hərəktdə olarkən svetoforun yaşıl işığında "VAZ-2106” markalı minik avtomobillə toqquşub. Nəticədə "VAZ-2106”da olan sərnişin İlhamə Ağaxanova xəsarət alıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26