Interposta.Info

Tağıyevin həyatından bəhs edən film gələn il təhvil veriləcək
 

Ölkə
 10-10-2023, 11:51     102

Tağıyevin həyatından bəhs edən film gələn il təhvil veriləcək
Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Himayədar" filmi gələn il təhvil veriləcək.

"İnterPosta" xəbər verir ki, bu barədə Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev Azərbaycan III "Korkut Ata" Film Festivalı ilə əlaqədar keçirilən Zirvə görüşündə deyib.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən çoxseriyalı filmin 120 çəkiliş gününün artıq 85-i yekunlaşıb: "Film ümumilikdə 8 seriyadan ibarət olacaq. Hər seriya bir saat davam edəcək".

O.Əliyev həmçinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə ekranlaşdırılan "Hadrut, sən azadsan" filminin çəkilişləri də artıq yekunlaşıb və gələn ay təhvil veriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26