Interposta.Info

 

Kamilə Babayeva İTV-də fəaliyyətə başladı

Ölkə
 3-10-2023, 15:20     96

Məşhur aparıcı Kamilə Babayeva İctimai TV-də yayımlanan “Dikdaban” verilişində fəaliyyətə başlayıb.

Aparıcı Teleqraf.com-a verilişlə bağlı təəssüratlarını bölüşüb:

“Təəssüratım çox gözəldir. Bir az həyəcanlı idim, uzun illərdir canlı yayıma çıxmırdım. İkisaatlıq canlı efirdir. Kollektivə dəstək üçün təşəkkür edirəm. İki-üç həftədir hazırlıq işləri görürdük. Ona görə də çox rahatlıqla efirə başladıq. Bütün yaradıcı heyətə təşəkkür edirəm, mən də onların bir hissəsi olduğuma görə nə xoş mənə”.
Qeyd edək ki, “Dikdaban” verilişində Kamilə Babayeva ilə yanaşı Səma Abıyeva, Aysel Zahidqızı, İlahə Şıxlinskaya da aparıcılıq edirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26