Bakıdan Xankəndinə tibbi yardım göndərildi (FOTO)
Azərbaycanın mərkəzi hakimiyyəti Xankəndi şəhərinə tibbi yardım göndərib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, dərman ehtiyatı, ilkin yardım üçün avadanlıq və ləvazimatlarla təchiz edilmiş avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Hazırda tibbi yardım avtomobili Xankəndi istiqamətində hərəkət edir.
Yardım şəhərdə partlayışda yaralananlar üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu gun axşam saatlarında Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Benzin çəninin partlaması nəticəsində ölən və yaralananların olduğu bildirilir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26