Interposta.Info

DİN gücləndirilmiş iş rejiminə keçib
 

Ölkə
 19-09-2023, 17:38     74

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı ölkənin bütün ərazilərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

"İnterPosta"xəbər verir ki, bunu nazirliyin Mətbuat Xidməti İdarəsinin rəis əvəzi Elşad Hacıyev sentyabrın 19-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Azərbaycan cəmiyyətində mümkün təxribat, təhdid, hər hansı hüquqizidd hallarla bağlı qəti tədbirlərin görülməsi ilə bağlı Azərbaycan polisinə, Daxili İşlər Nazirliyinə, şəxsi heyətə göstəriş verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26