Interposta.Info

Müəllim həbs olundu - şagirdi ilə qəbiristanlıqda...
 

Ölkə
 12-09-2023, 16:16     89

Qəbiristanlıqda 17 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimə 2 il həbs cəzası verilib.

ABŞ-da Nebraska ştatından olan orta məktəb müəllimi 17 yaşlı şagirdi ilə bir neçə dəfə cinsi əlaqədə olduğuna görə həbs olunub.

Məhkəmə yanvar ayında yeniyetmə ilə "yaxınlığına" görə həbs edilən 26 yaşlı Kali Hykesin işi üzrə hökm çıxarıb.

Polis Hykesin cinayət fəaliyyəti ilə bağlı anonim məlumat aldıqdan sonra araşdırmaya başlayıb. Məktəblinin bacısı bildirib ki, Hykes onunla cinsi əlaqədə olmaq üçün gecə saatlarında gizlicə evlərinə girib. Bundan əlavə, polislər bir dəfə yeniyetmə və Hykesin maşınlarının bir-birinin ardınca yerli qəbiristanlıqdan getdiyini görüblər.

Məhkəmənin hökmü ilə keçmiş müəllim 24 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının yarısını çəkdikdən sonra şərti azadlığa çıxa biləcək. Bundan əlavə, Hykes cinsi cinayətkarların reyestrinə yerləşdiriləcək./Publika.az

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26