Interposta.Info

Bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olub
 

Ölkə
 1-09-2023, 19:55     101

Biləsuvar rayonunda daha bir sinfin bütün şagirdləri ali təhsil müəssisəsinə qəbul olub.

“Report”un məlumatına görə, Biləsuvar şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları yüz faiz nəticə əldə edib.

Belə ki, bu sinifdə orta təhsilini başa vuran 16 şagirdin hər biri ali məktəbə qəbul olub. Onlardan ən çox balı Əliyeva Aynur Amil qızı toplayıb. O, 634 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
Qeyd edək ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları da (19 nəfər) yüz faiz nəticə göstərərək ali məktəbə qəbul olublar.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26