Interposta.Info

Bakcell parkinq ödənişlərini sürətli etdi

Ölkə
 30-08-2023, 23:37     154

Bakcell şirkəti abunəçilərinə parkinq ödənişlərini sürətli ödəmək imkanı yaradıb. Artıq abunəçilər parkinq xidmətini mobil balansdan ödəyə biləcəklər. Xidmətin aktivləşdirilməsi, deaktiv edilməsi sms vasitəsilə həyata keçiriləcək. Üstəlik, sms pulsuzdur. Qiymətlər müəyyən edilmiş tariflərə uyğun olaraq, minimum 30 qəpikdən başlayır.
Bakcell abunəçiləri avtomobilin qeydiyyat nişanı və parklanma məntəqəsinin nömrəsini 1181 qısa nömrəsinə SMS göndərərək parkinq zamanını başladacaqlar. Parkinqdən çıxarkən isə, “stop” yazıb 1181 qısa nömrəsinə SMS göndərmək kifayətdir.
Korporativ abunəçilər isə ödənişi yalnız AzParking tətbiqi vasitəsilə, həyata keçirə bilərlər.
Bakcell şirkəti “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir. Xatırladaq ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26