Interposta.Info

Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılıblar

Ölkə
 30-08-2023, 09:21     232


Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılıblar.

Bu barədə “Report”a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

“İtkin düşmüş 2 vətəndaşın axtarışına Şahdağ Milli Parkından ərazini yaxşı tanıyan 17 əməkdaş ayrılıb. Saat 8 radələrində komandalar bir-birinə xəbər ötürərək bildiriblər ki, 2 vətəndaş tapılıb. Sadəcə ərazi dumanlı, relyef isə mürəkkəb olduğuna görə dağdan enmək çətindir. Günorta saat 1-2 üçün aşağı düşə biləcəklər. Bununla belə, səhhətlərində heç bir problem yoxdur. Digər komandalara da məlumat verilib, onların düşürülməsi təşkil ediləcək”, - deyə o qeyd edib.
Eyni zamanda, itkin düşənlərdən biri - Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva göstərilən dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, “Şahdağ” Milli Parkının əməkdaşlarına təşəkkürünü bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26