Hacıqabulda mikroavtobus iki piyadanı vuraraq öldürüb
Hacıqabulda mikroavtobus iki nəfəri vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə saat bir radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes Vito” mikroavtobusu yolu keçən piyadaları vurub.
Onlardan biri - Muğan sakini, 1996-cı il təvəllüdlü Murad Elçin oğlu İbadov hadisə yerində keçinib, onun həmkəndlisi, 1997-ci il təvəllüdlü Kənan Azər oğlu Rzaquliyev isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



