Interposta.Info

Belçika xarici işlər naziri: “Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması yaxındır”
 

Ölkə
 22-08-2023, 14:57     189

“Ümid edirik ki, məsləhətləşmələr tarixi dönüşə gətirib çıxaracaq”.

Ermənistan KİV-in məlumatına görə, bu sözləri Belçikanın xarici işlər naziri Hadija Labib İrəvanda keçirdiyi brifinqdə Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması ilə bağlı deyib.
“Son danışıqlar göstərdi ki, sülh sazişinin imzalanması yaxındır. Məsləhətləşmələr əvvəlcə Brüsseldə, daha sonra İrəvan və Bakıda keçirilməlidir. Ümid edirik ki, bu məsləhətləşmələr tarixi dönüşə gətirib çıxaracaq”, - deyə o qeyd edib.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26