Interposta.Info

 

Üç dəfə əməliyyat keçirmiş Aytənin yardıma ehtiyacı var - FOTO

Ölkə
 16-08-2023, 15:24     134

Yeddi yaşlı Aytənin sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Ülviyyə Qurbanova məlumat verib.

O bildirib ki, Aytən anadangəlmə bud-çanaq oynağının ikitərəfli çıxığı xəstəliyindən əziyyət çəkir:

“Aytən bu günə kimi üç dəfə əməliyyat olunub. Aytənin onurğasında anadangəlmə lordoz var (anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyi, onurğa sütununda bel və omba hissədə olan önə əyrilik. Bu əyriliklər beli şaquli vəziyyətdə tutur, yeriyən, qaçan və tullanan zaman narahatlıq yaradır - red.). Buna görə də üç dəfə əməliyyat keçirib. Əməliyyatlar uğurlu keçsə də, Aytən iki ay reabilitasiya keçməlidir. Bir ay reabilitasiya üçün 2250 manata ehtiyacımız var.
Yardımsevər şəxslərdən yenidən kömək istəyirəm. Övladım demək olar ki, yardımsevər şəxslərin sayəsində əməliyyat edildi. İndi bir daha sizin dəstəyinizə ehtiyacımız var. Sizdən övladımı yarı yolda qoymamağı xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 866-99-90


İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26