Interposta.Info

Xəzər dənizini çirkləndirən restoranın sahibi cəzalandırıldı

Ölkə
 15-08-2023, 21:25     115

Xəzər dənizini çirkləndirən restoranın sahibi cəzalandırılıb.

Bu barədə "İnterPosta"-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 12-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Sumqayıt şəhəri ərazisində və Xəzər dənizinin sahil zolağında keçirdikləri tədbirlər zamanı Xəzər dənizinə tullantı sularının axıdılması faktı aşkar olunub.

Fakta görə Sumqayıt şəhəri, Novxanı yolu, Sahil küçəsində yerləşən restoranlardan birinin direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26