Interposta.Info

Nazirlik "Azərsu"nun vəzifəli şəxsini 3 min manat cərimələdi

İqtisadiyyat
 19-10-2017, 12:08     9 005

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Qaradağ rayonunun Xəzər dənizi sahil zolağında ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı aparılan monitorinqlərin nəticələrini Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları yerində araşdırıb.

Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı Qaradağ rayonunun Lökbatan, Sahil, Ümid, Qobustan və Səngəçal qəsəbələrində formalaşan məişət-çirkab tullantı sularının Qırmızı gölə və Xəzər dənizinə axıdılması faktı aşkar olunub. Faktla bağlı Qaradağ Su-Kanal İdarəsinin rəisi Əhliman Mansurov barəsində qanunvericiliyə uyğun qaydada protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilib.

Yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi üçün müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.

Qeyd edək ki, Qaradağ Su-Kanal İdarəsi "Azərsu" ASC-nin tabeliyindədir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26