Interposta.Info

Rusiya sülhməramlılarının nəzarəti altında erməni separatçıların təxribat hazırlığı - YENİLƏNİB + VİDEO

Ölkə / Manşet
 14-08-2023, 18:06     400

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri təxribat əməllərini davam etdirirlər.

APA xəbər verir ki, əldə edilmiş görüntülərdən aydın olur ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa, yeni mövqelər quraraq, orada tərtiblənməyə cəhd göstərirlər.

Qeyd edək ki, qeyri-qanuni erməni silahlı dəstələrinin bu kimi təxribat əməlləri son vaxtlar daha da intensivləşib.
15:46
Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş texnikasının kaponirləri müşahidə edilir.

Qanunsuz erməni silahlı qruplaşmaları döyüş texnikasını maskalamaq üçün mühəndis işlərini davam etdirirlər.

Qeyd edək ki, bir qədər öncə qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinə müxtəlif artilleriya qurğuları və hərbi texnika toplaması, burada atəş mövqeləri hazırladığını əks etdirən görüntülər paylaşılmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26