Bakıda mənzildə yanğın olub: Sakinlər təxliyə olunublar

Bakıda mənzildə yanğın olub, sakinlər təxliyə olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki, Yasamal rayonunda ümumi sahəsi 88 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxində mebel 0,5 poqonometr və bir ədəd paltaryuyan maşın yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən doqquz nəfər bina sakini təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26