Interposta.Info

Xaçmazda biçilmiş taxıl sahəsi və yaxınlıqdakı meşədə yanğın baş verib - VİDEO

Ölkə
 24-07-2023, 18:01     203

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Aslanoba kəndində yerləşən biçilmiş taxıl sahəsi və yaxınlıqdakı meşə ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.

Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə və digər əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 2 hektar biçilmiş taxıl sahəsi və 1 hektar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Sıx meşəlik ərazi və ətrafdakı əkin sahələri yanğından mühafizə olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26