Interposta.Info

Natəvan Babayevanı səhv müalicə etdiyi iddia olunan həkim danışdı

 

Ölkə
 21-07-2023, 15:56     137

Ötən gün onkoloji xəstəlikdən 46 yaşında dünyasını dəyişən telejurnalist Natəvan Babayevaya səhv diaqnoz qoyduğu deyilən tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti Tamara Quliyeva iddialara cavab verib.

Tamara Quliyeva Teleqraf.com-un əməkdaşının suallına "Ümumiyyətlə, Qənirə Ataşovanın vəziyyətdən xəbəri yoxdur. Mən heç xəstəni əməliyyat etməmişəm. Xəstə hər iki orqanın onkoloji xəstəsi idi”, - deyə cavab verib.

Qeyd edək ki, Qənirə Ataşova ötən gün Natəvan Babayeva haqqında sosial şəbəkədə paylaşım edərək bu sözləri yazıb: "Onu Bakıda Toma (Tamara Quliyeva) adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə etdi. Onun getdiyi allergoloq 3 dəfə Natəvana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natəvana əksini dedi. Beləcə Natəvan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26