Interposta.Info

Baş onkoloq Fuad Poladovdan danışdı:

Müxtəlif
 19-09-2017, 14:59     9 490

Xəbər verdiyimiz kimi, xalq artisti Fuad Poladovda xərçəng xəstəliyi aşkarlanıb.

Axar.az xəbər verir ki, Milli Onkologiya Mərkəzinin baş onkoloqu Azad Kərimli Publika.az-a açıqlamasında Fuad Poladovun xərçəng xəstəsi olub-olmadığı barədə heç bir söz deməyəcəyini bildirib.

"Bəlkə onun özü heç bu barədə bilmir. Eşidəndən sonra vəziyyəti daha da ağırlaşa bilər axı. Xəstənin icazəsi olmadan onun haqqında mətbuata açıqlama verməyi düzgün hesab etmirəm. Bir həkim kimi etik normaları qorumaq mənim borcumdur”, - A.Kərimli bildirib.

Xalq artisti isə Teleqraf.com-a açıqlamasında hazırda xəstəxanada olduğunu deyib:

"Hazırda xəstəxanadayam. Artıq uzun müddətdir ki, müalicə olunuram. İndi özümü normal hiss edirəm. Amma müalicə davam etməlidir. Dəqiq diaqnoz hələ qoyulmayıb. Görək, müalicənin nəticəsi necə olacaq. Mənə çox danışmaq olmaz. Həkimlər icazə vermir. Yanıma gəlməyə də icazə yoxdur. Eşitdiyiniz kimi, səsim də güclə çıxır. Maraqlandığınız üçün təşəkkürümü bildirirəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26