Interposta.Info

Azərbaycanda ağır qəza: Magistral yol bağlandı - YENİLƏNİB + FOTO

Ölkə / Manşet
 21-07-2023, 12:34     167

Daxili İşlər Nazirliyi Oğuzda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, bu gün saat 11 radələrində Qazaxıstan vətəndaşının idarə etdiyi yük avtomobili idarəetmədən çıxıb və nəqliyyat vasitəsinin qoşqusu yolun müəyyən hissəsini bağlayıb:

“Yol Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar və avtomobillərin hərəkətində ləngimə olsa da, yol polisi tərəfindən yolun yardımçı hissəsindən də istifadə edilməklə nəqliyyatın axını təmin edilir.

Hazırda yük avtomobilinin həmin ərazidən götürülməsi və nəqliyyat vasitələrinin hərəkətinin tam bərpa olunması istiqamətində tədbirlər görülür”.

M.Məsimov qeyd edib ki, hadisə zamanı xəsarət alan olmayıb.

11:35

Oğuz rayonunda xarici vətəndaşın idarə etdiyi TIR qəzaya düşüb, magistral yol bağlanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, xarici vətəndaşın idarə etdiyi 254-AFM-05 Qazaxıstan dövlət qeydiyyat nişanlı TIR markalı yük avtomobili idarəetmədən çıxıb.

Nəticədə TIR-ın bir neçə metr uzunluğunda olan qoşqusu yolun hərəkət hissəsində qalıb.

Buna görə də hazırda avtomobil yolunda hərəkət məhdudlaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26