Interposta.Info

 

Dənizdə boğulma hadisələri daha çox hansı səbəbdən olur? - VİDEO

Ölkə
 15-07-2023, 21:57     118

Son 30 gündə, dənizdə ölümlə üz-üzə qalan 55 nəfər xilas edilib.

“Xezerxeber.az”ın məlumatına görə, demək olar ki, çimərliyə istirahətə yollanan şəxslər arasında hər gün iki nəfər ölümün caynağından son anda xilas olub.

FHN-in kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin icimaiyyətlə əlaqələr şöbəsinin böyük inspektoru Fərid İlhamoğlu bildirib ki, batma təhlükəsi ilə üz-üzə qalanların xilas edilə bilməsində əsas amil onların nəzarət olunan ərazidə çimməsi olub.

Baş leytenant Fərid İlhamoğlu bildirib ki, ölümlə nəticələnən hadisələrin hamısı nəzarətsiz olan ərazilərdə baş verir. Bu ərazilərin nəzarətsiz qalmasına səbəb isə həmin yerlərdə çimməyin qadağan olmasıdır.
Qeyd edək ki, son 1 ay ərzində dənizdə batanların təqribi sayı 15 nəfərdən çoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26