Interposta.Info

Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb - FOTO/VİDEO

Ölkə
 14-07-2023, 09:52     163

Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində oğurluq olması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus obyektdən 2 580 manat pul və 4 ədəd bank kartının oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən həmin kafenin işçisi Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Bayraməli İsmayılov saxlanılıb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İnterPosta.info
[media=https://baku.tv/cemiyyet/qubada-islediyi-kafeden-ogurluq-eden-sexs-saxlanilib]


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26